Pişiklərin insanlara miyoldamasının səbəbi araşdırmada üzə çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyanın San-Paulu Universitetinin alimləri ev pişiklərinin insanlarla ünsiyyət qurma üsullarını araşdırıblar. Tədqiqat nəticələri göstərib ki, pişiklər miyoldamaqla qarşılaşdıqları problemlərin insanlar tərəfindən həll edilməsinə çalışırlar.
BAKU.WS xəbər verir ki, araşdırma qida əldə etməkdə çətinlik çəkən 38 ev pişiyinin iştirakı ilə aparılıb.
Təcrübə zamanı heyvanlara içərisində yemək olan, lakin deşiklər vasitəsilə qidanı götürə bilmədikləri plastik qutu verilib. Pişiklərin davranışı otaqda insanın olduğu və olmadığı iki fərqli şəraitdə müşahidə edilib.
Məlum olub ki, otaqda insan olduqda pişiklər ümumilikdə 86 dəfə, tək qaldıqda isə cəmi 20 dəfə miyoldayıblar. Təhlillər insanın iştirakı zamanı miyoldama ehtimalının 16 dəfədən çox artdığını göstərib.
Alimlər həmçinin müəyyən ediblər ki, pişiklər miyoldayarkən baxışlarını insanla yemək qutusu arasında dəyişirlər. Otaqda heç kim olmadıqda isə əsasən hərəkətsiz dayanaraq qapıya baxırlar.
"Animal Behaviour" jurnalında dərc olunan araşdırmanın müəllifi Nailə Fukimoto və həmkarları bildiriblər ki, miyoldamaq təsadüfi reaksiya deyil, pişiklərin insanlara yönəlmiş məqsədli ünsiyyət vasitəsidir.
Oxşar xəbərlər
Etibarnamə ilə avtomobil və mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ
"Etibarnamə əsasında avtomobil və ya mənzil almaq ilk baxışdan daha asan və sərfəli variant kimi görünsə də, bu üsul alıcılar üçün ciddi hüquqi və maliyyə riskl...