Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb

Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb
Foto
Sosial 43

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 11-də Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvili ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşdə zəngin tarixi köklərə, qarşılıqlı etimada və dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin dinamik inkişafı, dini sahədə mövcud münasibətlərin daha da möhkəmlənməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın dini müxtəlifliyi, dövlət-din münasibətləri və bu sahədə həyata keçirilən dövlət siyasəti barədə məlumat verən Ramin Məmmədov ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühitinin qorunub saxlanıldığını, dinlərarası harmoniyanın və birgəyaşayış mədəniyyətinin təşviq edildiyini vurğulayıb. Komitə sədri bu siyasətin bariz nümunəsi kimi ölkədə gürcü-pravoslav dini icmalarının da fəaliyyəti üçün şəraitin yaradıldığını, dövlətin qayğısı ilə əhatə olunduğunu bildirib.

Səfir Qiorqi Zakaraşvili ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edərək, Azərbaycanın tolerantlıq modelinin öyrənilməsi və təşviq edilməsinin önəminə diqqət çəkib. Səfir, eyni zamanda Azərbaycanda dini icmaların sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə, həmçinin dini təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər