Bölgələrdə istirahət etmək neçəyə başa gəlir? - 70 manatdan başlayan QİYMƏTLƏR

Bölgələrdə istirahət etmək neçəyə başa gəlir? - 70 manatdan başlayan QİYMƏTLƏR
Açıqlama
Sosial 42

Tətil və istirahət planları qurarkən vətəndaşların diqqət yetirdiyi əsas məqamlardan biri də otellərdə qalma xərcləridir.

Xüsusilə 3-5 günlük qısa istirahət paketlərinə marağın artdığı dövrdə Azərbaycanda hotellərin qiymət siyasəti, mövsümi dəyişikliklər və əvvəlki illərlə müqayisədə tariflərin necə dəyişməsi aktual müzakirə mövzusuna çevrilir.

Bəs ölkə üzrə otellərdə qısa müddətli istirahət üçün qiymətlər hansı səviyyədədir və bu sahədə bahalaşma müşahidə olunurmu?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev BAKU.WS-ə bildirib ki, ölkədə daxili turizm bazarında qiymətlər hotelin kateqoriyasına, yerləşdiyi regiona, xidmət səviyyəsinə və mövsümi tələbatına uyğun olaraq dəyişir:

"Hazırda bölgələrdə iki nəfər üçün standart otaqlarda bir gecəlik yerləşmə qiymətləri təxminən 4 ulduzlu otellərdə 70–100 AZN, daha yüksək kateqoriyalı 5 ulduzlularda 100-150 AZN və daha premium segmentdə isə otellər 150-250 AZN arasında qiymətlər dəyişir.

Ötən illərlə müqayisədə bütün regionlarda eyni səviyyədə qiymət artımının olduğunu demək düzgün olmaz. Bəzi hotellərdə qiymətlər sabit qalıb, müəyyən obyektlərdə isə əvvəlki dövrlə müqayisədə azalmalar da müşahidə olunur. Bununla yanaşı, bayram günlərində, həftəsonlarında və yüksək turizm mövsümündə tələbatın artması qiymətlərə təsir edir.

2025-ci ildə ölkə üzrə otellərdə gecələmələrin sayı əvvəlki illə müqayisədə 7 faizə yaxın artıb. Bu, yerli və xarici turistlərin yerləşmə xidmətlərinə marağının davam etdiyini göstərir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər