"Barselona"nın futbolçusu Avropanın ən güclü komandasını açıqlayıb - "Real" deyil
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernal Avropanın ən güclü komandası hesab etdiyi klubun adını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Bernal bu barədə "The Touchline" nəşrinə danışıb.
"Mənim üçün "Real Madrid" Avropanın ən yaxşı komandası deyil. Məncə, ən yaxşı komanda bizik. Bəli, "Real"a uduzduq, amma bir oyun kimin daha güclü olduğunu müəyyən etmir".
Xatırladaq ki, Mark Bernal "Barselona"nın yetirməsidir. Daha əvvəl gənc yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsini yeniləməyə hazırlaşdığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, İspaniya La Liqasının 12-ci turunda keçirilən "Real Madrid" - "Barselona" qarşılaşması Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda isə turnir cədvəlinə Kataloniya klubu başçılıq edir.
Oxşar xəbərlər
Marko Yankoviç "Qarabağ"dan gedir? - RƏSMİ
Marko Yankoviç yaxın müddətdə "Qarabağ"ı tərk etməyəcək. BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubundan "APA"ya məlumat verilib. 31 yaşlı futbolçunun komanda...