Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib.
Bu barədə BAKU.WS-ə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.
Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək:
· Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər;
· Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər;
· Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər.
Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.
Oxşar xəbərlər
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
"Burger King" Azərbaycandakı şəbəkəsini genişləndirməyə davam edərək ölkədəki 9-cu, paytaxtdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində istifadəyə verdi....