"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!

Burger King Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
Foto
Digər 67

"Burger King" Azərbaycandakı şəbəkəsini genişləndirməyə davam edərək ölkədəki 9-cu, paytaxtdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində istifadəyə verdi. Bu hadisə brendin regionlardakı inkişafında mühüm addım oldu.

Yeni restoran Sumqayıt şəhəri, Bakı küçəsi 34, "Bakı Plaza" ünvanında yerləşir.

Müasir dizayn, rahat interyer, özünəxidmət köşkləri və zəngin menyu qonaqlar üçün rahat şərait yaradır. İndi Sumqayıt sakinləri və qonaqları açıq alovda hazırlanan məşhur "Whopper" və "Burger King"in digər sevilən təamlarından zövq ala bilərlər.

Paytaxtdan kənarda ilk restoranın açılışı "Burger King"in Azərbaycandakı inkişafının yeni mərhələsinin başlangıcıdır.

Şirkət rəhbərliyindən bildirilib:

"Sumqayıtda ilk restoranın açılması komandamız üçün vacib bir hadisə və "Burger King"in Azərbaycandakı inkişafında əhəmiyyətli addımdır. Biz restoranlarımızı yalnız paytaxtda deyil, ölkənin digər şəhərlərində də əlçatan etməyə, yüksək keyfiyyətli məhsullar, sürətli xidmət və rahat atmosfer təqdim etməyə çalışırıq. Sumqayıt sakinlərinin bizi istiqanlılıqla qarşılamasından şadıq və regionlardakı gələcək inkişaf potensialımıza əminik."

"Burger King" şəbəkəsinin genişlənməsi həm də yeni iş yerlərinin açılmasına, peşəkar təlim və karyera imkanlarının yaradılmasına töhfə verir. Şirkət beynəlxalq restoran xidməti standartlarını daha çox qonaq üçün əlçatan edərək, inkişafını həm Bakıda, həm də Azərbaycandakı digər şəhərlərdə davam etdirməyi planlaşdırır.

"Burger King" haqqında

"Burger King"in tarixi 1954-cü ildə ABŞ-nin Mayami şəhərində başlayıb. Bu gün brend bütün dünyada ilk növbədə küftələrin açıq alovda hazırlanması üzrə unikal texnologiyası ilə tanınır.

"Burger King"in əsas üstünlüyü - xüsusi qrildə, açıq alovda bişirilən 100% mal ətindən hazırlanmış küftələrdən istifadə olunmasıdır. Məhz bu bişirmə üsulu məşhur "Whopper" və brendin digər burgerlərinə xüsusi dad və ətir verir. Yüksək keyfiyyət standartları, zəngin menyu və inqrediyentləri fərdi şəkildə seçmək imkanı Burger King-i dünyanın ən tanınan restoran brendlərindən birinə çevirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər