İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail tədricən ABŞ-nin hərbi yardımından imtina etmək və Vaşinqtonla yeni şərtlərlə tərəfdaşlığa keçmək niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.
İsrail Baş nazirinin ofisi xatırladıb ki, 1996-cı ildə Benyamin Netanyahu ABŞ-nin 1,2 milyard dollar həcmində iqtisadi yardımından tədricən imtina edəcəyinə söz verib və bu vədinə əməl edib. İndi, 30 il sonra, Baş nazir İsrail iqtisadiyyatını ABŞ-nin hərbi yardımından da imtina edə biləcək qədər güclü hesab edir.
Ofisdən vurğulayıblar ki, bu addım yardım modelindən tərəfdaşlığa keçid deməkdir. Orada, həmçinin ABŞ dövlət katibi Marko Rubionun yardımın dayandırılması təşəbbüsünün İsrail tərəfindən irəli sürüldüyünü bildirdiyi açıqlamasına da yer verilib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İsrailə hərbi yardımının elə bu il dayandırılacağını bildirmişdi.
Oxşar xəbərlər
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
İsrail Knesseti parlamentin 22 üzvdən ibarət İş Komitəsinin yaradılmasını təsdiqləyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qərar 63 səslə qəbul edilib....