Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Yunaşev Live" teleqram kanalına açıqlamasında bildirib.
"Ermənistan bir neçə ildir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə təşkilatın nizamnaməsini rəhbər tutaraq onun səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu qərar qəbul edilib", - o qeyd edib.
Oxşar xəbərlər
İsraildə zəlzələ səbəbindən hava limanında uçuşlar dayandırılıb
İsrailin cənubunda baş verən zəlzələ ölkənin hava nəqliyyatında müvəqqəti fasiləyə səbəb olub. Eylat şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanlardan sonra...