Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı
11
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada vəfat edən Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşinin Vətənə gətiriləcəyi vaxt və dəfn olunacağı yer məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mərhumun nəşi sabah səhər saat 04:00-05:00-də Azərbaycana gətiriləcək. Onun saat 10 radələrində doğulduğu Lerik rayonunun Çayrud kəndində dəfn olunması nəzərdə tutulub.
Qeyd edək ki, 70 yaşlı aktyor Aslan Fətullayev dünən Moskvada vəfat edib. Yaxınlarının bildirdiyinə görə, o, bir müddət əvvəl Moskvada əməliyyat olunub.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. BAKU.WS-in məlumatına görə, tanınmış aktyor, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev bu gün dünyasını...