Mourinyo illər ərzində necə dəyişib? - Kurtuadan diqqətçəkən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in qapıçısı Tibo Kurtua komandanın baş məşqçisi Joze Mourinyo ilə yenidən bir araya gəlməsi və portuqaliyalı mütəxəssisin illər ərzində necə dəyişməsi barədə danışıb.
BAKU.WS xəbər verir ki, Kurtua daha əvvəl 2014-2015-ci illərdə "Çelsi"də Mourinyonun rəhbərliyi altında çıxış edib.
Belçikalı qapıçı mütəxəssisin "Real Madrid"ə qayıdışından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Mourinyo yeni vəzifəyə təyin olunduqdan sonra ona mesaj yazıb, lakin futbolçu səfərdə olduğu üçün həmin mesajı yalnız iki həftə sonra görüb.
Kurtua qeyd edib ki, illər ərzində Mourinyonun xarakterində müəyyən dəyişikliklər baş verib. Təcrübəli məşqçi özü də zaman keçdikcə daha yetkin və təmkinli olduğunu düşünür.
"Onunla yenidən görüşmək çox xoşdur. Qayıdışına həqiqətən sevindim və bu, məni ruhlandırdı. O, mənə "Real"a gələndə mesaj yazmışdı, amma təyyarədə olduğum üçün həmin mesajı iki həftə görmədim. Özü də deyir ki, yaşlandıqca və təcrübə qazandıqca daha sakitləşib.
"Çelsi"də paltardəyişmə otağında daha sərt idi, amma xarakteri dəyişməyib. Mourinyo daxil olduğu məkanda dərhal özünü hiss etdirən insandır. O, paltardəyişmə otağına girəndə varlığı ilə bütün diqqəti üzərinə çəkir. Bizə də məhz belə bir enerji lazım idi", – deyə Kurtua AS nəşrinə açıqlamasında bildirib.
Oxşar xəbərlər
"Barselona"nın futbolçusu Avropanın ən güclü komandasını açıqlayıb - "Real" deyil
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernal Avropanın ən güclü komandası hesab etdiyi klubun adını açıqlayıb. BAKU.WS xəbər verir ki, Bernal bu barədə ...