Paşinyan və Pezeşkian iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Antalyada COP31 liderlərinin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-İran hökumətlərarası komissiyasının İrəvanda bu yaxınlarda keçirilmiş iclasında əldə olunmuş razılaşmaları və onların səmərəli icrasını vurğulayıblar.
Diplomatlar yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakterini vurğulayıb və onların müxtəlif istiqamətlərdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildiriblər.
Paşinyan və Pezeşkian həmçinin iki ölkə arasında əməkdaşlığa dair gündəlikdəki məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı - Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı"nda iştirak edib
Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasın...