Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan Antalyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan sosial şəbəkə hesabında məlumat verib.
Görüş COP31 iqlim sammiti çərçivəsində keçirilir.
Danışıqlarda Türkiyə tərəfdən digər rəsmi şəxslərlə yanaşı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edir. Görüşün təfərrüatı hələlik açıqlanmayıb.
İki ölkənin liderləri sonuncu dəfə BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda görüşüblər.
Qeyd edək ki, Nikol Paşinyan Antalyada COP31 Liderlər Sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla da görüşüb.
Ermənistan baş nazirinin administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, tərəflər bir neçə gün əvvəl İrəvanda keçirilən ikitərəfli hökumətlərarası komissiyanın iclasında əldə olunmuş razılaşmaları və onların səmərəli icrasının vacibliyini qeyd ediblər.
Həmsöhbətlər yüksəksəviyyəli ikitərəfli görüşlərin intensiv xarakter daşıdığını vurğulayıb, bu təmasların Ermənistanla İran arasında müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsinə töhfə verdiyinə əminliklərini ifadə ediblər.
Nikol Paşinyan və Məsud Pezeşkian, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
***18:20
Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada COP31 Liderlər Sammiti çərçivəsində görüş keçirirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə bu ölkənin Baş nazirinin mətbuat katibi Melanya Arutyunyan məlumat verib.
Danışıqların təfərrüatları hələ ki, açıqlanmır.
Oxşar xəbərlər
Teymur Musayev: Azərbaycan iqlim məqsədinə nail olmaq üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazırdır
Azərbaycan, Bakıdakı COP29-un irsinə əsaslanaraq, ümumi iqlim məqsədinə nail olmaq üçün Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır. BAKU.WS "Rep...