Berdiməhəmmədov: 2027-ci ilin əvvəlində Aşqabadda İqlim Texnologiyaları Mərkəzi fəaliyyətə başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Regional İqlim Texnologiyaları Mərkəzi 2027-ci ilin əvvəlində Aşqabadda fəaliyyətə başlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov COP31 Liderlər Sammitində çıxış edərkən bildirib.
"Elan etmək istəyirəm ki, Mərkəzi Asiyanın Regional İqlim Texnologiyaları Mərkəzi 2027-ci ilin əvvəlində Aşqabadda praktiki baxımdan fəaliyyətə başlayacaq. Onun fəaliyyəti müəyyən edilmiş təşkilati-hüquqi mexanizmlər və beynəlxalq standartlar çərçivəsində BMT və beynəlxalq institutlarla sıx əməkdaşlıq şəraitində qurulacaq", - o bildirib.
Qeyd edək ki, mərkəzin yaradılması təşəbbüsünü Türkmənistan ilk dəfə 2012-ci ildə BMT-nin "Rio+20" dayanıqlı inkişaf konfransında səsləndirib. Mərkəz iqlim texnologiyalarının ötürülməsinə, kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılmasına, su resurslarının səmərəli idarə olunmasına, eləcə də Mərkəzi Asiya ölkələrində quraqlıq və səhralaşma ilə mübarizəyə kömək göstərmək məqsədi daşıyır. 2023-cü il noyabrın 13-də Türkmənistanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) arasında memorandumun imzalanması onun yaradılması istiqamətində mühüm addım olub.
Oxşar xəbərlər
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həll...