Bu şəxslərin evləri təmir ediləcək – Altı rayon və şəhərdə...
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir, Yevlax, Bərdə, Füzuli, Hacıqabul və Ağcabədi rayonlarında keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış məntəqələrində ev və mənzillərin təmiri nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, işlərin təşkili Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə həvalə olunub.
Layihənin ehtimal olunan dəyəri 334 min manat təşkil edir.
Qeyd edək ki, bu işlər keçmiş məcburi köçkün ailələrinin məskunlaşdığı yaşayış məntəqələrində mənzil fondunun qorunması, istismar müddətində yaranan problemlərin aradan qaldırılması və yaşayış şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır. Xüsusilə dam örtüklərinin və suötürücü sistemlərin bərpası evlərin yağış və rütubətdən qorunmasına, divarların təmiri isə mənzillərin daha sağlam və rahat vəziyyətə gətirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bu gün Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyab...