Berdiməhəmmədov: Türkmənistan iqlim hesabatlılığına xüsusi diqqət yetirir

Berdiməhəmmədov: Türkmənistan iqlim hesabatlılığına xüsusi diqqət yetirir
Dünya 12

Türkmənistan iqlim hesabatlılığına və şəffaflığa xüsusi diqqət yetirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.

Q.Berdiməhəmmədov bildirib ki, Türkmənistan iqlim dəyişikliyi üzrə dördüncü milli məlumatı hazırlayıb və milli səviyyədə müəyyən edilmiş üçüncü töhfə üzərində işi başa çatdırıb.

O, həmçinin vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı mübarizə üzrə milli səylər regional əməkdaşlığın ayrılmaz hissəsidir: "Mərkəzi Asiya ölkələrinin inkişafının iqtisadi, sosial, ekoloji, təbiəti mühafizə, su-energetika və digər aspektləri sıx qarşılıqlı əlaqədədir. Bundan çıxış edərək, hesab edirik ki, kompleks yanaşma bizə bir-birimizin maraqlarını səmərəli şəkildə nəzərə almağa, eləcə də mövcud çağırışların həlli üçün praktiki mexanizmlər tapmağa imkan verəcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər