İsraildə zəlzələ səbəbindən hava limanında uçuşlar dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin cənubunda baş verən zəlzələ ölkənin hava nəqliyyatında müvəqqəti fasiləyə səbəb olub. Eylat şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanlardan sonra Ramon hava limanında uçuşlar dayandırılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 4,5 olub. Təhlükəsizlik məqsədilə hava limanındakı sərnişinlər təxliyə edilib, bir müddət sonra isə aeroport fəaliyyətini bərpa edib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb. İlkin məlumatlara görə, hava limanında şüşə qırılması qeydə alınıb. Digər mümkün dağıntılar barədə isə açıqlama verilməyib.
İsrailin fövqəladə xidmətləri Eylatla yanaşı, ölkənin cənubundakı digər yaşayış məntəqələri, o cümlədən Beer-Şeva və Timna vadisi ərazisi üçün də zəlzələ təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
İsrail Geoloji Xidmətinin ilkin qiymətləndirməsinə əsasən, yeraltı təkanların episentri Sinay yarımadasının cənubunda, Taba yaxınlığında yerləşib. Zəlzələ ocağının təxminən 8 kilometr dərinlikdə olduğu bildirilib. Sonradan maqnitudanın 4,5 olduğu dəqiqləşdirilib.
Oxşar xəbərlər
Bloomberg İranın ay ərzində istehsal edə biləcəyi raketlərin sayını açıqlayıb
İranın hərbi potensialına dair yeni qiymətləndirmələr Tehranın raket istehsalını davam etdirmək imkanlarını qoruduğunu göstərir. Ölkənin hərbi sənayesinə endiri...