G7 ölkələrinin XİN başçıları İranı fikir ayrılıqlarını diplomatik yolla nizamlamağa çağırıblar
Yeniliklərdən dərhal xəbərdar olun
G7 ölkələrinin xarici işlər nazirləri İranla fikir ayrılıqlarının nizama salınmasına və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səyləri dəstəklədiklərini təsdiqləyiblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in nazirlərin Parisdəki görüşünün yekunları üzrə dərc etdiyi birgə bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, İran nüvə silahı hazırlamamalı və ya əldə etməməlidir. Nazirlər həmçinin Tehranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) tammiqyaslı əməkdaşlığı bərpa etməyə çağırıblar.
Görüş iştirakçıları Hörmüz boğazındakı vəziyyətdən narahatlıqlarını ifadə edib, mülki gəmilərə hücumların dayandırılmasına çağırıb, azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin zəruriliyini təsdiqləyiblər.
Bəyanatda həmçinin ölkələrin regional təhlükəsizliyi qorumaq və beynəlxalq ticarəti müdafiə etmək üçün fəaliyyətlərini əlaqələndirməyə hazır olduqları qeyd edilir.
Oxşar xəbərlər
Berdiməhəmmədov: Türkmənistan iqlim hesabatlılığına xüsusi diqqət yetirir
Türkmənistan iqlim hesabatlılığına və şəffaflığa xüsusi diqqət yetirir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Xalq Məsləhətinin s...