Arif Mirzəyev vəfat etdi

Arif Mirzəyev vəfat etdi
Mədəniyyət 39

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib.

BAKU.WS xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.

Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.

​Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasının nadir sintezini yaradan Arif Mirzəyev "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər