Ömrü 9,7 il uzadan idman növü AÇIQLANDI

Ömrü 9,7 il uzadan idman növü AÇIQLANDI
Dünya 14

Tennis oynamağın insan ömrünün daha uzun olması ilə əlaqəli olduğu müəyyən edilib.

BAKU.WS xəbər verir ki, "Men Today" nəşrinin məlumatına görə, Danimarkada aparılan araşdırmanın nəticələri tennis oynayan insanların oturaq həyat tərzi keçirənlərlə müqayisədə orta hesabla 9,7 il daha uzun yaşadığını göstərib.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu göstərici tennisin ömrü mütləq şəkildə 9,7 il uzatdığı anlamına gəlmir. Söhbət idmanla məşğul olmaq və uzunömürlülük arasında müşahidə edilən statistik əlaqədən gedir.

Britaniyada aparılan başqa bir araşdırmada isə tennis, badminton və skvoş kimi idman növləri ilə məşğul olan insanlarda ölüm riskinin 47 faiz, ürək-damar xəstəliklərindən ölüm riskinin isə 56 faiz daha aşağı olduğu müəyyən edilib.

Alimlər tennisin sağlamlığa müsbət təsirini bir neçə amillə əlaqələndirirlər. Bu idman növü həm fiziki aktivlik, həm zehni çeviklik, həm də sosial ünsiyyəti özündə birləşdirir.

Oyun zamanı qısa və intensiv hərəkətlər fasilələrlə növbələşir. Eyni zamanda, tennis sürətli qərarvermə, diqqət və reaksiya qabiliyyəti tələb edir.

Qeyd edək ki, bundan əvvəl Harvard Universitetinin alimləri də uzunömürlülüklə bağlı araşdırma aparmışdılar. 30 il davam edən genişmiqyaslı tədqiqatın nəticələrinə əsasən, güc məşqlərinin insan ömrünün uzadılmasında mühüm rol oynadığı bildirilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər