Nahamar yolda ağır qəza - Sürücü və sərnişini həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, noyabrın 11-i saat 23 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasov "Toyota" markalı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi təxminən 15 metr məsafədə yol kənarına yuvarlanıb.
"Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.
Avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Ruslan Səfərov isə xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi ehtimal edilir.
Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətəmeyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır!"
Oxşar xəbərlər
General Natiq Əliyevin qızı saxlanıldı
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələ...