Azərbaycanda muzdla çalışan işçilərin sayı məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1790,8 min nəfər olub, onlardan 836,8 min nəfəri dövlət sektorunda, 954,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Muzdla çalışan işçilərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1172,7 manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft-qaz ixracı 10 ayda 20,8 faiz artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayi...