Azərbaycanlı şairənin qızı Türkiyə şou-biznesinə dəvət aldı

Azərbaycanlı şairənin qızı Türkiyə şou-biznesinə dəvət aldı
Video
Şou-biznes 148

Tanınmış şairə Cığatel İsaqızının müğənni qızı Leyla Camal Türkiyə şou-biznesinə dəvət alıb.

BAKU.WS xəbər verir ki, o bu barədə "Qonaqcanlı" verilişində olarkən deyib.

Leyla bildirib ki, hələ bu təklif barədə düşünür:

"Bu təkliflə heç nə itirməyəcəm. Çünki ora müəyyən məbləğ sərf etməyəcəm. Təklif oradan gəlib. Hazırda təklifin dəyərləndirilməsi mərhələsindəyəm. Baxım, görüm mənim üçün nə dərəcədə uyğundur... Əgər uyğun hesab etsəm, niyə də razı olmayım? "Türkiyəyə gəl, orada yaşa" desələr buna razı olmaram. Çünki Azərbaycandan kənarda yaşaya bilmərəm. Bu heç cür mümkün deyil".

Leyla Camal verilişlərdən birində səsləndirdiyi "Türkiyəli müğənni ilə duet oxumaram" sözlərinə də aydınlıq gətirib.

Sənətçi bildirib ki, istedadlı müğənnilərimiz olduğu halda, pul verib türkiyəli müğənni ilə duet oxumaz:

"Həmin vaxt səsləndirdiyim fikrin bir mənalı qarşılanmadı. Mən bildirdim ki, səhnəmizin sənətçiləri çox dəyərlidir və gözəl sənət nümayiş etdirirlər. Biz türkiyəli müğənnilərdən geri qalmırıq. Dünyaya səsimizi çatdıra biləcək sənətçilərimiz var. Yaxşı müğənnilərimiz olduğu halda, niyə pul verib türkiyəli müğənni ilə duet oxuyum? Lakin mənim fikrim bir qədər fərqli qəbul edildi".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər