Azərbaycanda adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İpoteka və Kredit Zəmanət Fondu bu il adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti dəfə limitlər ayırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müraciətlərin qəbuluna noyabrın 13-də, saat 15:00-dan başlanılacaq.
Vətəndaşlara noyabrın 12-nə qədər elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.
Müraciətlərin qəbulu "Mygov" portalındakı "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Bununla yanaşı sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər məbləğində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan həyata keçiriləcək.
Müraciətə dair təlimatla Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Mygov" portalının müvafiq bölməsində tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda hər il maaşlar arta bilər - Hökumət işçi qrupu yaradıb
"Minimum əməkhaqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müd...