Arda Güler PSJ-yə gedir? - 200 milyon avro...

Arda Güler PSJ-yə gedir? - 200 milyon avro...
İdman 43

Türkiyə millisinin üzvü Arda Gülerlə "Real Madrid" arasında yeni müqavilə ilə bağlı danışıqlar razılaşma ilə nəticələnməyib.

BAKU.WS "Ajansspor"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Madrid klubunun illik 8 milyon avroluq maaş təklifini qəbul etməyib.

Bildirilir ki, Fransa təmsilçisi PSJ gənc oyunçunu heyətinə qatmaqda maraqlıdır. Paris klubu Arda Güler üçün "Real Madrid"ə 200 milyon avro ödəməyə, futbolçunun özünə isə illik təxminən 22 milyon avro maaş verməyə hazırdır.

PSJ-nin bu təklifindən sonra "Real Madrid"in Arda Gülerə daha yüksək maaşla yeni müqavilə təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, futbolçunun sabiq klubu "Fənərbağça"nın mümkün transferdən 20 faiz pay almaq hüququ var. Keçid 200 milyon avroya baş tutarsa, İstanbul təmsilçisinin payına 40 milyon avro düşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər