Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da bütün görüşlərini qalibiyyətlə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.
Qeyd edək ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.
Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.
Oxşar xəbərlər
Mourinyo illər ərzində necə dəyişib? - Kurtuadan diqqətçəkən açıqlama
"Real Madrid"in qapıçısı Tibo Kurtua komandanın baş məşqçisi Joze Mourinyo ilə yenidən bir araya gəlməsi və portuqaliyalı mütəxəssisin illər ərzində necə dəyişm...