Bəstəkar "Sən Gəlməz Oldun"u qardaşı oğlunun vəfat edən xanımına həsr edibmiş
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış bəstəkar Ələkbər Tağıyevin musiqisini bəstələdiyi "Sən Gəlməz Oldun" mahnısının yaranma tarixindən danışılıb.
BAKU.WS xəbər verir ki, bu barədə bəstəkarın hüquqşünas oğlu Xaliq Tağıyev "AStar" layihəsinə açıqlamasında bildirib.
O qeyd edib ki, mahnı Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub.
Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı körpə olanda vəfat edir.
Xaliq Tağıyev atası Ələkbər Tağıyevin Sevdanın yas mərasimində iştirak etdiyini və onun acı taleyindən təsirlənərək bu musiqini bəstələdiyini deyib.
Xatırladaq ki, "Sən Gəlməz Oldun" bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnıdır. İfanı vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev, Əlixan Səmədov kimi sənətçilər ifa ediblər.
Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana "Məni yada sal" adı ilə ifa edib.
Oxşar xəbərlər
2 saata 25 milyon qazanacaq MÜĞƏNNİLƏR - SİYAHI
Yeni il gecəsi səhnəyə çıxacaq türkiyəli məşhurların fantastik qonorarları açıqlanıb. BAKU.WS xəbər verir ki, Türkiyə ilə yanaşı, Şimali Kipr Türk Respublikası...