Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
12
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda, Asif Əsədullayev küçəsində (Komsomol dairəsi) yolun ortasında kanalizasiya lyukunun qapağı açıqdır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, yolun hərəkət hissəsinin ortasında yerləşən lyukun qapağı artıq iki gündür açıq vəziyyətdədir.
Sürücülərdən biri bildirib ki, iki gün əvvəl yağışlı hava şəraitində açıq lyuku görməyərək avtomobili həmin çuxura salıb. Nəticədə avtomobilin diski qırılıb və sürücü maddi ziyana düşüb.
Oxşar xəbərlər
Qubada içkili şəxs qəbiristanlığın girişində ölü tapıldı
Quba rayonunda spirtli içki qəbul edən şəxs qəbiristanlıqda ölüb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 11-də rayon ərazisindəki məzarlıqda...