Sərxan Kərəmoğlu: "Xaricdə ölsəm, cənazəmi Azərbaycana gətirən adam kafirdir!"
Yeniliklərdən dərhal xəbərdar olun
"Övladlarım burada yaşamırlar, mənim bir ayağım daim başqa ölkələrdədir. Mən demişəm ki, dünyanın istənilən yerində dünyamı dəyişə bilərəm. Əgər Rusiyada, Avropada və ya dünyanın başqa bir yerində vəfat etsəm, cənazəmin Azərbaycana gətirilməsini istəmirəm. Xaricdə ölsəm, cənazəmi Azərbaycana gətirən adam kafirdir!".
BAKU.WS xəbər verir ki, "Sevilən səhər" verilişinə qonaq olan aparıcı Sərxan Kərəmoğlu deyib.
Vəsiyyətindən danışan aparıcı xaricdə vəfat edərsə cənazəsinin orada yandırılmasını və Azərbaycana gətirilməməsini bildirib:
"Düzdür, müsəlman aləmində kremasiya, yəni meyitin yandırılması qəbul edilmir. Amma mənim istəyim məhz budur. Ən böyük arzularımdan biri odur ki, dünyanın harasında vəfat etsəm, elə həmin ölkədə də kremasiya olunum. İstəmirəm ki, cənazəm çürüsün, təyyarə ilə daşınarkən hər hansı hadisə baş versin, yaxud gəmidə batmaq təhlükəsi yaransın. İstəyim budur ki, vəfat etdiyim yerdə kremasiya olunsun və cənazəm Azərbaycana gətirilməsin".
Ətraflı videoda:
Oxşar xəbərlər
Dilarə Kazımova DJ oldu - 5 hitini remiks etdi
Avroviziya təmsilçimiz Dilarə Kazımova uzun müddətdir anonsunu verdiyi yeni musiqi layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, sənətçi "Running", "PUL", "Də...