Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan İtaliya ilə vacib qarşılaşma öncəsi mətbuat konfransında Kilian Mbappenin son durumu barədə danışıb.
BAKU.WS xəbər verir ki, Mbappe zədə səbəbindən cümə axşamı axşamı "San Siro" stadionunda keçiriləcək İtaliya ilə matçda iştirak edə bilməyəcək.
Zidan futbolçunun yüngül narahatlıq hiss etdiyini bildirib və onun sağlamlığını riskə atmaq istəmədiklərini vurğulayıb.
"Kilian sabahkı oyunda iştirak etməyəcək. O, yüngül narahatlıq hiss edib. Həmişə olduğu kimi, heç bir riskə getməyəcəyik. Belə hallar təəssüf doğurur, lakin futbolun bir hissəsidir. Ümid edirəm ki, bazar günü onun xidmətindən yararlana biləcəyik", - deyə Zidan bildirib.
Qeyd edək ki, Mbappenin Türkiyə ilə növbəti qarşılaşmada da iştirakı sual altındadır. Onun əvəzinə Senny Mayulu milliyə dəvət olunub.
Oxşar xəbərlər
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Usman Nurmaqomedovun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili...