Aktrisadan ŞOK ETİRAF - 19 yaşında evtanaziya istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyalı məşhur aktrisa Ester Ekspozito illər əvvəl üzləşdiyi ağır psixoloji sarsıntılardan danışıb.
BAKU.WS xəbər verir ki, hazırda 26 yaşı olan aktrisa bildirib ki, 19 yaşında yaşadığı dərin psixoloji sarsıntı səbəbindən evtanaziya üçün rəsmi müraciət edib.
Ailəsinin qəti etirazlarına baxmayaraq bu addımı atan Ekspozitonun tələbi rədd edilib.
Həmin çətin dövrün iki il boyunca həyatını tamamilə iflic etdiyini deyən sənətçi heç nədən zövq almadığını və evdən bayıra çıxmadığını vurğulayıb:
"19 yaşımda evtanaziya istədim. Daxilimdə yaşadığım ruhi və psixoloji problemlər məni iki il boyunca öz təsiri altında saxladı. Həyatdan heç cür zövq ala bilmir, evdən çölə belə çıxmırdım".
Aktrisa həmin ərəfədə həyatına son qoymağa cəhd etdiyini, lakin sağ qaldığını da etiraf edib.
O, 21-22 yaşlarına çatdıqda daxili dünyasında müsbət dəyişikliklərin başladığını və tədricən özünü daha yaxşı hiss etdiyini bildirib:
"21-22 yaşlarıma gələndə bu hisslər zamanla dəyişməyə başladı. Bu gün 26 yaşım var və həyatımın daha yaxşıya doğru getdiyini deyə bilərəm".
Oxşar xəbərlər
"Yeraltı"nın aktrisası 2,5 milyon dollar qarşılığında Dubay şeyxi ilə yemək yeyib? - AÇIQLAMA
"Yeraltı" serialının aktrisası Devrim Özkanın sosial şəbəkələrdə haqqında yayılan qalmaqallı iddialara cavab verilib. BAKU.WS xəbər verir ki, sosial mediada ak...