"Yeraltı"nın aktrisası 2,5 milyon dollar qarşılığında Dubay şeyxi ilə yemək yeyib? - AÇIQLAMA

Yeraltının aktrisası 2,5 milyon dollar qarşılığında Dubay şeyxi ilə yemək yeyib? - AÇIQLAMA
Foto
Şou-biznes 113

"Yeraltı" serialının aktrisası Devrim Özkanın sosial şəbəkələrdə haqqında yayılan qalmaqallı iddialara cavab verilib.

BAKU.WS xəbər verir ki, sosial mediada aktrisanın onunla bir saatlıq şam yeməyinə çıxmaq istəyən ərəb şeyxinin 2,5 milyon dollarlıq təklifini qəbul edərək Dubaya yollandığı barədə şayiələr yayılıb.

Qısa zamanda geniş müzakirələrə səbəb olan bu xəbərdən sonra Devrim Özkanın menecerlik agentliyi rəsmi bəyanatla çıxış edərək xəbərləri təkzib edib.

Agentlik aktrisanın Dubaya səfərinin əsl səbəbinin başqa olduğunu açıqlayıb:

"Aktrisamız Devrim Özkan qlobal brendlə əməkdaşlıq çərçivəsində baş tutacaq xüsusi jurnal üz qabığı çəkilişi üçün Dubaydadır. Onun haqqında mətbuatda və sosial mediada yayılan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qəti şəkildə təkzib edir və qınayırıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər