UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupdakı sonuncu oyunda Lixtenşteyni məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
BAKU.WS xəbər verir ki Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gəlib.
Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə bitirib. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...