Usman Nurməhəmmədov Merab Dvalişvili ilə davaya görə həbs edildi

Usman Nurməhəmmədov Merab Dvalişvili ilə davaya görə həbs edildi
İdman 55

Əbu-Dabi məhkəməsi Usman Nurməhəmmədov və Merab Dvalişvili arasında baş verən insidentlə bağlı 10 təqsirləndirilən şəxs barəsində hökm çıxarıb.

BAKU.WS xəbər verir ki, bu barədə "UAE Barq" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 11-də Əbu-Dabidə yerləşən hotellərdən birində baş verib.

İddiaya görə, PFL-in yüngül çəkidə məğlubedilməz çempionu, rusiyalı döyüşçü Usman Nurməhəmmədov və onun komandası UFC-nin sabiq çempionu, gürcüstanlı Merab Dvalişvili ilə insident yaşayıb.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərdən altısı 6 ay müddətinə azadlıqdan məhrum edilib və hər biri 300 min dirhəm məbləğində cərimələnib. Onlar cəzalarını çəkdikdən sonra ictimai təhlükəsizliyə qarşı cinayətlər, insanlar arasında qorxu yaratmaq və başqalarının həyatını təhlükəyə atmaq ittihamları ilə BƏƏ-dən deportasiya olunacaqlar.

Digər iki şəxs isə ictimai təhlükəsizliyin pozulması və fiziki toxunulmazlığa qəsd ittihamları üzrə hər biri 50 min dirhəm cərimə edilib.

Doqquzuncu və onuncu təqsirləndirilən şəxslər isə şəxsi həyatın toxunulmazlığını pozmaqda, eləcə də dava görüntülərini mobil telefonla çəkərək internetdə yaymaqda təqsirli biliniblər.

Onların hər biri 6 ay müddətinə həbs cəzası alıb, 300 min dirhəm cərimələnib və ölkədən deportasiya olunması barədə qərar verilib. Məhkəmə, həmçinin görüntülərin çəkildiyi telefonların müsadirə edilməsini və videoların silinməsini qərara alıb.

Qeyd edək ki, yayılan məlumatda Usman Nurməhəmmədovun özü barəsində hökm çıxarıldığı bildirilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər