"TikTok"da icra başçısını söyən şəxs həbs edildi

TikTokda icra başçısını söyən şəxs həbs edildi
Hadisə 36

"TikTok"da sərxoş halda canlı yayım açaraq Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, qeyri-etik sözlər işlədən şəxs inzibati qaydada həbs olunub.

BAKU.WS Xitab24.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü Yevlax sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Həmin şəxs izahatında əməlindən peşmançılığını, icra başçısından heç bir şikayəti olmadığını, əksinə Anar Tağıyevin onu işlə təmin edib kreditini bağladığını bildirib.

O, Vətən müharibəsi iştirakçısı və üç medalın sahibi olduğunu deyib.

Yevlax Rayon Məhkəməsinin qərarı ilə 36 yaşlı şəxs 15 sutka inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər