Şəhidin ata-anası qəzada yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb.
"KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.
Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin valideynləridir.
Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu ilə "Qazel" toqquşub
Paytaxtın Ziya Bünyadov prospektində, köməkçi yolda qəza baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, qəza zamanı 7B nö...