Abu-Dabidəki məşhur davaya görə 10 nəfər SAXLANILIB
Yeniliklərdən dərhal xəbərdar olun
Abu-Dabi polisi Usman Nurmaqomedov və Merab Dvalişvilinin iştirakı ilə hoteldə baş verən kütləvi dava ilə bağlı 10 nəfərin saxlanıldığını təsdiqləyib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə "Yas Hilton" hotelinin foyesində baş verib.
Polisin yaydığı rəsmi açıqlamada bildirilir ki, davada iştirak edən 8 nəfər, eləcə də hadisəni mobil telefonla lentə alan 2 şəxs saxlanılıb. Onların barəsində müvafiq hüquqi tədbirlər görülüb və iş prokurorluğa göndərilib.
Abu-Dabi polisi ictimai asayişin və təhlükəsizliyin qorunmasının prioritet olduğunu vurğulayaraq, insanların təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə qarşı qətiyyətli tədbirlərin görüləcəyini bəyan edib.
Qeyd edək ki, hadisə noyabrın 11-də baş verib. Turnir ərəfəsində Usman Nurmaqomedov komanda yoldaşları ilə birlikdə Merab Dvalişviliyə hücum edib. Qarşıdurmanın "Real American Freestyle" turniri öncəsi yaşandığı bildirilir.
Oxşar xəbərlər
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Usman Nurmaqomedovun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili...