Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin bərpası, iqlim fəaliyyəti mövzuları müzakirə olunub.
Eyni zamanda, Azərbaycanda yeni milli parkların yaradılması və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan prioritet tədbirlər barədə Tacikistan tərəfinə məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrı...