Hörmüz boğazının şərqində 2 tanker alışıb

Hörmüz boğazının şərqində 2 tanker alışıb
Dünya 7

Hörmüz boğazının şərq hissəsində 2 gəmi dəniz minası ilə toqquşduqdan sonra alışıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün gündüz saatlarında qaydaları pozan, xəbərdarlıqlara məhəl qoymayan və radiolokasiya sistemlərini söndürən 2 gəmi Hörmüz boğazının şərq hissəsində qadağan olunmuş təhlükəli zonaya daxil olub və dəniz minası ilə toqquşma nəticəsində alışıb", - məlumatda bildirilib.

SEPAH baş verənlərə görə məsuliyyəti ABŞ prezidentinin və gəmi sahiblərinin üzərinə qoyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər