Bütün ermənilərin katolikosunun qardaşına və onun oğluna hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Məhkəmə bütün ermənilərin katolikosunun qardaşı Gevork Nersisyanın barəsində 3 illik şərti həbs qərarı çıxarıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, II Qareginin qardaşı oğlu Ambartsum Nersisyana 3 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilsə də, hökmün icrası dayandırılıb. O, bir yaşlı qızının altı yaşı tamam olana qədər həbsə alınmayacaq.
Bundan əvvəl dövlət ittihamçısı Gevork Nersisyan üçün 3 il 6 ay, Ambartsum Nersisyan üçün isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.
Qeyd edək ki, Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də saxlanılıblar. İstintaq materiallarına əsasən, onlar noyabrın 1-də Vaqarşapat icmasına aid olan Voskeat kəndində təşviqat materialları paylayan "Respublika" partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla mübahisəyə girərək, onu təhqir ediblər. Noyabrın 17-də cinayət işi məhkəməyə göndərilib. Lakin müdafiə tərəfi müşahidə kameralarının qeydlərinə əsaslanaraq heç bir münaqişənin olmadığını iddia edir. Təqsirləndirilən şəxslər 2026-cı ilin fevral ayında ev dustaqlığına, mayda isə inzibati nəzarətə keçiriliblər.
Oxşar xəbərlər
Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb
Bruklində (ABŞ, Nyu-York) binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, azı 19 nəfər isə yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barəd...