Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bruklində (ABŞ, Nyu-York) binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, azı 19 nəfər isə yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun meri Zöhran Mamdani bildirib.
Nyu-York Yanğınsöndürmə Departamentinin məlumatına görə, xəsarət alanlar arasında idarənin 3 əməkdaşı da var. 8 nəfər ölüb, 4 nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib, 5 nəfər ciddi, lakin həyati təhlükəsi olmayan xəsarətlər, 10 nəfər isə yüngül zədələr alıb.
Qeyd edək ki, Nyu-Yorkun Bruklin rayonunda yaşayış və kommersiya sahələrinin yerləşdiyi üçmərtəbəli bina qismən çöküb. Bina bitişik tikinti meydançasının üzərinə çöküb.
Nyu-York Tikinti Departamenti bildirib ki, may ayında çökən binanın yaxınlığındakı tikinti obyektində bir neçə qayda pozuntusu qeydə alıb. Onların arasında işlərin dayandırılması barədə göstərişə zidd olaraq işlərin aparılması, qonşu obyektlərin düşən əşyalardan lazımi şəkildə qorunmaması və təsdiq edilmiş tikinti çertyojlarına riayət edilməməsi yer alır.
Oxşar xəbərlər
Bütün ermənilərin katolikosunun qardaşına və onun oğluna hökm oxundu
Məhkəmə bütün ermənilərin katolikosunun qardaşı Gevork Nersisyanın barəsində 3 illik şərti həbs qərarı çıxarıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, II Qa...