Mindən çox qida obyektində nöqsanlar aşkarlanıb - Rəsmi

Mindən çox qida obyektində nöqsanlar aşkarlanıb - Rəsmi
Sosial 14

"Cari ilin 9 ayı ərzində mindən çox qida obyektində nöqsanlar aşkarlanıb".

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik tərəfindən keçirilən yoxlamalar zamanı 1 500 obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu faktı müəyyən edilib:

"Nöqsanlar aşkarlanan obyektlərdən 125-i şadlıq evi, 7-si mərasim evi, 171-i dönərxana, 22-si keytrinq müəssisəsi olub.

Yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanan 246 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb".

Açıqlamada nəzərə çatdırılıb ki, iaşə obyektlərində aşkarlanan əsas nöqsanlar həmin obyektlərdə məhsulların hazırlanması zamanı çarpaz çirklənməni istisna edən zəruri sahələrin olmaması, sanitar pozuntular, müəssisələrdə HACCP və izlənilmə sisteminin tətbiq edilməməsi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər