Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb - Rəsmi

Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb - Rəsmi
Sosial 28

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.

Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL Sosial Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL

Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.

"Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.

Həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığının qorunmasıdır", - deyə məlumatda vurğulanır.

Bakıda təmirə bağlanan məşhur xəstəxana hansı ünvana köçəcək? Sosial Bakıda təmirə bağlanan məşhur xəstəxana hansı ünvana köçəcək?
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər