Daha bir rayonda yollar təmir olunacaq - Küçələrin adları

Daha bir rayonda yollar təmir olunacaq - Küçələrin adları
Sosial 27

Beyləqan şəhərinin bir sıra küçələrində abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, təmir işləri Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Layihə çərçivəsində səkilərin yenilənməsi, köhnəlmiş örtüklərin sökülməsi və piyadaların hərəkəti üçün daha əlverişli şəraitin yaradılması planlaşdırılır.

Abadlıq və yenidənqurma işləri M.Ə.Rəsulzadə, Şəhid Munis Abbaslı, Zərifə Əliyeva və Şəhid Cabir Hüseynov küçələrini əhatə edəcək.

Qeyd edək ki, küçələrdə abadlıq işlərinin aparılması yol və piyada infrastrukturunun yaxşılaşdırılması, köhnəlmiş səki örtüklərinin yenilənməsi və sakinlərin gündəlik hərəkətinin daha təhlükəsiz və rahat təşkili baxımından əhəmiyyətlidir. Bu cür yenilənmələr həm də şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına və ictimai məkanların daha əlverişli vəziyyətə gətirilməsinə xidmət edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər