"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları üçün antidopinq seminarı təşkil edilib

Neftçinin aşağı yaş qruplarından ibarət komandaları üçün antidopinq seminarı təşkil edilib
Foto
İdman 0

"Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Bu barədə BAKU.WS-ə "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq qaydaları, bu qaydaların idmanda tətbiqi və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib.

Seminar zamanı antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu vurğulanıb. Gənc futbolçuların bu sahədə məlumatlılığının artırılması, onların mümkün antidopinq qayda pozuntularından qorunması və idmanda dürüstlük prinsiplərinin təbliği diqqət mərkəzində olub.

Xüsusilə futbolçuların erkən yaşlardan etibarən antidopinq qaydalarını mənimsəməsinin əhəmiyyəti qeyd edilib.

Seminarın əsas məqsədi akademiya komandalarının futbolçu və məşqçi heyətinin antidopinq sahəsində məlumatlılığını artırmaq, onlarda məsuliyyətli idman davranışını təşviq etmək olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər