Ronaldo faciəvi şəkildə ölən futbolçunun ailəsinə yardım edəcək

Ronaldo faciəvi şəkildə ölən futbolçunun ailəsinə yardım edəcək
Foto
İdman 37

Kriştiano Ronaldonun 25 faiz pay sahibi olduğu İspaniyanın "Almeriya" klubu faciəvi şəkildə həyatını itirən 30 yaşlı futbolçu Xesus de Miguelin ailəsinə maddi dəstək göstərəcək.

BAKU.WS xəbər verir ki, klub "Tenerife" ilə ev oyunundan əldə olunacaq bütün bilet gəlirlərini mərhum futbolçunun ailəsinə bağışlamaq qərarına gəlib.

Bildirilib ki, Ronaldo Xesus de Miguelin ailəsinin bütün xərclərini ömürlük qarşılayacaq.

Xatırladaq ki, Xesus de Miguel "Tenerife" - "Andorra" qarşılaşması zamanı qapıçı Xesus Ovono ilə toqquşduqdan sonra həyatını itirib.

"Almeriya" rəhbərliyi bildirib ki, bu addım futbol ictimaiyyətinə həmrəylik və dəstək nümayiş etdirmək məqsədi daşıyır.

Faciədən sonra İspaniya futbolunda matəm elan edilib, mərhumun xatirəsi UEFA Çempionlar Liqasının oyunlarında da bir dəqiqəlik sükutla yad olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər