Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı

Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
Digər 50

Düzgün seçilmiş səhər yeməyi sümük sağlamlığının qorunmasına və onların mineral sıxlığının saxlanmasına kömək edə bilər. Amerikalı endokrinoloq Rema Patel sümüklərin möhkəmlənməsi üçün tövsiyə etdiyi qida qarışığını açıqlayıb.

BAKU.WS "AiF" nəşrinə istinadən xəbər verir ki, həkimin tövsiyə etdiyi səhər yeməyinə təbii, kalsium və digər faydalı maddələrlə zənginləşdirilmiş yunan yoqurtu, doğranmış badam, çia toxumu və təzə çiyələk daxildir.

Mütəxəssis bildirir ki, bu məhsulların hər biri sümük toxumasının sağlamlığında mühüm rol oynayan qida maddələri ilə zəngindir.

Belə ki, yunan yoqurtu orqanizmi kalsium və zülalla təmin edir. Zülal yalnız əzələlərin deyil, həm də sümük quruluşunun qorunması üçün vacibdir. Badamın tərkibindəki maqnezium isə sümük toxumasının formalaşmasında və mineral sıxlığının saxlanmasında iştirak edir.

Çia toxumu bitki mənşəli kalsium, fosfor, maqnezium, dəmir və sink mənbəyidir. Çiyələk isə tərkibindəki C vitamini və antioksidantlar sayəsində sümük toxumasının yenilənməsi prosesinə dəstək verir.

Rema Patel qeyd edib ki, gecə yuxusundan sonra orqanizmin qida maddələri ilə təmin olunması baxımından səhər yeməyi xüsusi əhəmiyyət daşıyır. Bu qida qəbulu gündəlik kalsium, D vitamini və zülal ehtiyacının qarşılanmasına da kömək edir.

Endokrinoloqun sözlərinə görə, bir dəfəlik qida qəbulunda təxminən 300 milliqram kalsium və 20-30 qram zülalın olması məqsədəuyğundur. D vitamini də sümük sağlamlığı üçün vacib maddələrdən biridir.

Həkim sağlam sümüklər üçün qida rasionunu yalnız süd məhsulları ilə məhdudlaşdırmamağı tövsiyə edib. Onun fikrincə, kalium, maqnezium və K vitamini ilə zəngin tərəvəz və meyvələr də gündəlik menyuda yer almalıdır.

Mütəxəssis duz qəbuluna da diqqət yetirməyin vacibliyini vurğulayıb. Belə ki, natriumun həddindən artıq qəbulu böyrəklər vasitəsilə kalsiumun orqanizmdən daha çox xaric olmasına səbəb ola bilər. Buna görə də çox duzlu və emal olunmuş qidaların istehlakını azaltmaq, yeməklərin hazırlanmasında isə duz əvəzinə göyərti və ədviyyatlardan istifadə etmək məsləhət görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər