Bakıdakı məşhur restoranın kabablarında BAKTERİYALAR AŞKARLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar yekunlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən müəssisədə keçirilən plandankənar yoxlama zamanı ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması prosesində bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib.
Laborator müayinələr zamanı çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında listeria (listeria monocytogenes), paytaxt salatında isə e.koli (escherichia coli) bakteriyaları aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...