Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub.
BAKU.WS-in məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" sosial şəbəkəsində "mobil_ordubadd" adlı saxta səhifə yaradaraq digər mağazalara məxsus mobil telefonların foto və videogörüntülərini paylaşıb.
O, telefonları ucuz qiymətə, faizsiz və güzəştli kredit şərtləri ilə satacağını vəd edərək 70-dən artıq vətəndaşı aldadıb və pul vəsaitlərini özünə məxsus bank kartlarına köçürüb.
Nəsimi rayonunda polisin keçirdiyi tədbirlərlə dələduzluq əməlini törədən Nihad Qurbanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıdakı məşhur restoranın kabablarında BAKTERİYALAR AŞKARLANDI
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma...