84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106.9 milyon manat bərpa edilib, 100.9 milyon manat xərcin qarşısı alınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hesabat dövründə xidmət tərəfindən 84 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.
Bunlardan 52 təşkilatda yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında aparılıb. Digər 32 təşkilatda isə plandankənar yoxlamalar həyata keçirilib.
Bərpa edilmiş və qarşısı alınmış vəsaitlərə dair göstəricilər nəzarət tədbirləri başa çatdırılmış obyektləri əhatə edir.
Oxşar xəbərlər
Meyvə şirəsi və enerji içkisi yükündə külli miqdarda metamfetamin aşkarlandı
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xü...