Azərbaycanda payız tətili başlayır - 9 gün DƏRS OLMAYACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
Bu barədə BAKU.WS-ə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr , beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr olacaq.
Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.
Oxşar xəbərlər
ŞAD XƏBƏR - Hər heyvana görə 1000 manat verilməsi təklif edilir
"İribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbinin ləğvi təklif olunur". BAKU.WS Oxu.az-a istinadən xəb...